Tribuna İnformasiya Agentliyi

Qadınların arxasınca fit verənlər cəzalandırılacaq – 1500 manat…

18 May
Fransada əks cinsin diqqətini çəkmək üçün arzuolunmaz işarələr, səslər çıxaranların cəzalandırılmasını nəzərdə tutan qanun qəbul olunub.
Moderator.az “France 24” kanalına istinadən xəbər verir ki, qanuna görə 750 avroya kimi cərimə ödənilməlidir.
Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə qanun “qadınların özlərini təhlükəsiz hiss etmələrinə” yönəlib.  Hər iki cinsin nümayəndələri, əgər əks cinsin arxasınca fit versə, sətiraltı seksual sözlər söyləsə 90 avrodan 750 avroya kimi cəzalanacaq.
Qanunu tənqid edənlər hesab edirlər ki, bu fransız romantikasına son qoyacaq.
“ Bu tədbir ifritə ovu deməkdir, yalnız ifritənin yerində-kişilərdir”,- ultra sağçı siyasətşi Eammanuel Menar belə deyib.
Amma ölkənin gender məsələləri üzrə naziri Marlen Şyappa qeyd edib ki, bu qanun vətəndaşı eşqbazlığından məhrum etməyə və “fransız aşiqin obrazını öldürməyə” yönəlməyib, sadəcə qadınlara imkan verir ki, onlara təklif olunanla rahat razılaşsın və ya imtina etsin.
Keçən ilin payızında kişilərin – seksual təcavücə meyilli olan aparat əməkdaşlarının və deputatların qara siyahısı barədə məlumat veriblər. Sənəd yazıı halda mövcud deyil, amma qadınlar öz aralarında  hansı kolleqa-kişilərlə tək qalmağın risqli olduğunu bir-birlərinə şifahi olaraq xəbər verirlər.