Tribuna İnformasiya Agentliyi

Qadınlara seks obyekti kimi baxan millət vəkili istefa verdi

21 Dekabr

Qadınlarla bağlı təhqiredici paylaşımlar edən millət vəkili istefa verib.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, İsveçdə Demokratlar Partiyasının nümayəndəsi Jonas Millard vəzifəsindən ayrılıb.

Qeyd edək ki, “Flashback” sosial şəbəkəsini “SinX” ləqəbi ilə istifadə edən deputat qadınlarla bağlı alçaldıcı statuslar yazıb.

O, paylaşımlarında təcavüz xəbərlərini bəyəndiyini, qadınları seks obyekti kimi gördüyünü qeyd edib. Deputat hesabının ələ keçirildiyini iddia etsə də, sonradan paylaşımları onun etdiyi aşkarlanıb.

Emin