Qadınlar arasında panika – Bu tətbiqləri telefonunuzdan silin!backend

Qadınlar arasında panika – Bu tətbiqləri telefonunuzdan silin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ali Məhkəməsinin ölkədə 50 ildir qüvvədə olan və abort hüququ verən 1973-cü il “Roe V. Wade” qərarını ləğv etməsi qadınlar arasında çaxnaşma yaradıb.

Sözügedən qərar istənilən ştatın öz sərhədləri daxilində abortu qanunsuz etməsinə imkan verib.  Missuri, Dakota və İndiana kimi respublikaçı ştatlar tezliklə abortları qeyri-qanuni elan edəcəklərini açıqlayıblar. Qərardan sonra bir çox ştatlarda etiraz aksiyaları keçirilərkən, qadınlar arasında yeni bir narahatlıq diqqət çəkib.Belə ki, smartfonlardan istifadə edən qadınların əksəriyyəti menstruasiya dövrlərini izləyən proqramlardan istifadə edirlər. Bu proqramlar həmin dövrün başlanğıcını proqnozlaşdırmağa, ovulyasiya dövrlərini izləməyə və hamiləliyi planlaşdırmağa kömək edir.

Lakin sözügedən tətbiqlərin reklam məqsədi ilə milyonlarla qadının şəxsi məlumatlarını “Facebook” və “Google” kimi şirkətlərə ötürdüyü iddia edilib. Bununla da ABŞ-da qəbul edilən abort qərarı ilə məxfilik problemləri qadınlar üçün vacib hala gəlib. Qeyd olunub ki, qadınlar menstruasiya izləmə tətbiqlərinin şəxsi məlumatlarını hüquq-mühafizə orqanları ilə paylaşacağından qorxurlar. Bu gün bir çox qadın sosial şəbəkələrdə telefonlarından tətbiqləri sildiklərini açıqlayıb və digər qadınlara da onlardan istifadə etməməyi tövsiyə ediblər.

Ardınca bəzi şirkətlər bununla bağlı açıqlama verib. “Google Play Store”dan 50 milyon dəfədən çox yüklənən “Flo” tətbiqinin səlahiyyətli şəxsləri,  “Biz sağlamlıq məlumatlarını heç bir üçüncü tərəflə paylaşmırıq”, deyə bildirib. Berlin mərkəzli “Clue” isə, istifadəçilərinə məxfilik zəmanəti verib.