QADINI İTƏLƏYİB YIXAN SÜRÜCÜNÜ NƏ GÖZLƏYİR? – PROFESSORDAN AÇIQLAMAbackend

QADINI İTƏLƏYİB YIXAN SÜRÜCÜNÜ NƏ GÖZLƏYİR? – PROFESSORDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqşünas: “Qadını itələyən şəxs sürücü kimi işləməməlidir”. Bunu TİA. Az-a açıqlamasında Sumqayıtda marşrut avtobusunda sərnişinlə sürücü arasında davanın videogörüntüləri haqqında danışarkən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, sürücünün davranışları peşəkar olmaqdan uzaqdır:
“Hadisədən də anlaşıldığı kimi qadın sözlü olaraq sürücünü təhqir edir. Əslində videodan əvvəl nələrin danışıldığının şahidi olmamışıq və sürücünün də belə təmkinsiz davranmasının tam səbəbini başa düşə bilmirik.


Qətiyyətlə demək olar ki, sürücünün davranışları peşəkar olmaqdan uzaqdır. Lakin hadisədə zorakılıq faktı var və ona da ayrıca hüquqi qiymət verilməlidir.
Video görüntülərdən məlum olur ki, qadın sürücüyə hücum edir və o da geriyə çəkilmə imkanı olmadığı üçün qadını özündən itələyir.
Bu hal CM 36-cı maddədə göstərilən zəruri müdafiə kimi qiymətləndirilməlidir. Burada zəruri müdafiə həddinin aşıldığını düşünmürəm.
Sürücünün yıxılmış qadına kömək göstərməyə cəhd etməməsi də onun qəzəbi ilə izah oluna bilər, amma təkrar edirəm ki, qadını itələyən şəxs sürücü kimi işləməməlidir, çünki peşə qaydalarına uyğun davranmayıb”.
Qeyd edək ki, Sumqayıtda marşrut avtobusunda sərnişinlə sürücü arasında dava düşüb. Hadisə zamanı sürücü və avtobusda olan orta yaşlı qadın bir-birini söyüblər. Bundan sonra qadın sürücünün başına çanta ilə vurub. Daha sonra isə sürücü qadını itələyib. Zərbənin təsirindən sərnişin avtobusun qapısından bayıra düşüb.

Aytac

TİA. Az