Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdıbackend

Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qadını sosial şəbəkədə şəkillərini yayacağı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.