Qadağalar götürülərsə, yoluxma yenə artacaq? – Azərbaycanlı həkimlərdən PROQNOZbackend

Qadağalar götürülərsə, yoluxma yenə artacaq? – Azərbaycanlı həkimlərdən PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər koronavirusa yoluxma sayında azalma müşahidə edilir.

Ötən sutka ərzində koronavirus infeksiyasına 219 nəfər yoluxub, 717 nəfər müalicə olunaraq sağalıb.

Yoluxma sayında azalma tətbiq edilən məhdudiyyətlərdə yumşalmanın olması ilə bağlı ümid yaradır. Onu da qeyd edək ki, qarşıdan idman yarışları gəlir.

Paytaxtda reallaşacaq bu yarışlar yoluxma sayı ilə bağlı təhlükə yarada bilərmi və mütəxəssislər sonradan yarana biləcək vəziyyəti necə proqnozlaşdırır?

Azərbaycan Həkimlər Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirdi ki, yoluxma sayının artması və azalması ilə bağlı proqnoz vermək çətindir:

“Konkret məsələ odur ki, karantin sərtləşdiriləndə yoluxma azalır, yumşaldılanda artır. Hazırda aktual odur ki, bugünkü yoluxma ilə bağlı nələrə imkan verilə bilər. Açıq havada maska taxmaq məcburyyəti götürülə bilər, həmçinin ictimai nəqliyyat işləməlidir. Çünki həftə sonu işləyən insan həftə içində çalışanların sayından daha azdır, həftə sonunda ictimai nəqliyyatda sıxlıq olmayacaq. Ona görə də həftə sonu ictimai nəqliyyatın işləməməsi çox məntiqsizdir. Hətta metro da açıla bilər. Bundan başqa, idman zallarının fəaliyyəti mütləq şəkildə bərpa olunmalıdır. İdmanla məşğul olan insanın immun sistemi də güclənir, sağlamlığı artır. Aylardır skalyozlu xəstələr üzgüçülüyə gedə bilmir, ciddi problemlər yaranır, artıq çəkisi olanlar idmana gedə bilmir”.

Həkim bildirib ki, qarşıdan gələn idman yarışlarında tamaşaçı sıxlığı olarsa, yoluxma sayında artım ola bilər:

“Ancaq kontrol altında olarsa, tamaşaçı sıxlığı olmazsa, yoluxma sayı artmayacaq. Yoluxma sayında artım olarsa, sərt karantin rejiminin tətbiqi qaçılmaz olacaq”.

İnfeksionit Mərdan Əliyevin fikrincə isə, vaksinasiya prosesi gedir, sağalanların sayı da artır:

“İnsanların təqribən 60-70 faizində təbii və süni immunizasiya var. Ona görə də əgər ölkədə idman yarışları keçirilsə belə, ara məsafə gözlənilərsə, problem olmamalıdır. Əslində idman yarışlarına tamaşaçı gəlməməlidir, gələrsə, az sayda ola bilər. Yəni karantin şərtlərini gözləmək şərtilə olmalıdır. Maskadan da mütləq istifadə edilməlidir. Əgər yoluxma sayı yenidən artarsa, karantin rejimi tətbiq oluna bilər. Ancaq inanmıram ki, bundan sonra yoluxma o dərəcədə də artsın”.