“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddubackend

“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cyberspace” MMC olub.
TİA.AZ
yeniavaz.com-a istinadən xəbər verir ki, “Qaçqınkom” Bakı, Gəncə şəhərlərində, Bərdə, Oğuz, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə görə “Cyberspace” MMC-yə 286 min manat 41 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Cyberspace” MMC-nin qanuni təmsilçisi Abbasəliyev Ervin Sahib oğludur. 40 manat nizamnamə kapitalı olan şirkət 2 aprel 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ötən günə (9 sentyabr) olan məlumata görə, “Cyberspace” MMC-nin dövlət büdcəsinə 76 min 4 manat 74 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.