Tribuna İnformasiya Agentliyi

Q.Paşayeva Ərzurumda “100. İl Qəhrəmanlar Abidəsi”nin açılışında Türk dünyasına birlik və Qarabağ çağırışı edib

13 Mart

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı,  Heydər Əliyev parkında “100. İl Qəhrəmanlar abidəsi”nin açılışı olub.
Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi  və  Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum millət vəkilləri  İbrahim Aydemir və Mustafa İlicalı, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev , Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin  sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edirdi. Ərzurum millət vəkilləri  İbrahim Aydemir və Mustafa İlicalı bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacaqlarını çıxışlarında  xüsusi vurğulayıblar.  Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını  verən ilk dövlətlərdən biri, müsəlman şərqində ilk dövlət olmasından  olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariimizdir deyir və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından  xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb.  “Qəhrəmanlar abidəsi” Türk millətinin 4 böyük qəhrəmanına Nuri Paşayava, Mürsəl Bakü Paşaya, Kazım Karabekir Paşaya və Gəncəli Seyidova qoyulub deyən millət vəkili Q.Paşayeva hər bir qəhrəmanın həyat və qəhrəmanlıq yolu ilə bağlı xüsusi danışıb və gəncləri onları yaxından öyrənməyə, tanımağa və örnək götürməyə çağırıb. Erməni çətələrinin 100 il əvvəl arxasındakı bəzi güclərin dəsətəyi ilə Ərzurumda törətdiyi soyqırımlar, qətliamlar barədə danışan millət vəkili Q.Paşayeva amma dədə-nənələrimiz böyük bir qəhrəmanlıq mübarizəsi apararaq onlara gərəkən cavabı verdi və Ərzurumunb düşmən işğalından qurtuluşunun 100-cü ildönümündə biz onları rəhmət və sevgi ilə anırıq deyib. Erməni çətələrinin 20-ci əsrin əvvələrində Azərbaycanın müxt\əlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanlın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşıə törətdiyi vandalizm aktları ilə bağlı geniş danışan millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bunları bilməli, unutmamalı, dünyaya daha geniş duyurmalıdır deyib. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Qarsdakı Baş Konsulu Nuru Quliyev, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin  sədri Arzu Bağırova,  Dünya Azərbaycanlıları Konqresindən Asif Qurban , Azərbaycan-Türkiyə qardaşlığının dünəni,  bu günü və gələcəyə baxışla bağlı çıxış ediblər. Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova isə açılışda milli duyguları əsərləri səsləndirib. “100.İl Qəhrəmanlar abidəsi” yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.  Abidənin lentinin  kəsilməsindən sonra millət vəkili Q.Paşayeva yerli KİV-in suallarına cavablandırıb, QHT-lər və yerli sakinlərlə görüşüb.

TİA.AZ