Tribuna İnformasiya Agentliyi

Qərbi Kaspi Universitetində təntənəli məzun günü-FOTO

02 İyul

Qərbi Kaspi Universitetində təntənəli məzun günü keçirilib.

 TİA.AZ-xəbər verir ki, əvvəlcə universitetin rektoru, professor Andris Leitas məzunları təbrik edib, onlara şəxsi həyatlarında və karyeralarında uğurlar arzulayıb. Rektor əmin olduğunu bidirib ki, həmişə olduğu kimi Qərbi Kaspi Universitetinin bu ilki məzunları da əmək bazarında özlərinə layiqli yer tutacaqlar.


Universitetin cari ildəki uğurları barədə qonaqlara məlumat verən rektor bildirib ki,  son illərdə tədrisin keyfiyyətinin artırılmasına və modernləşdirilməsinə yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirilib. Ötən qəbul imtahanlarında Qərbi Kaspi Universitetini seçən abituriyentlərin sayı 6 dəfə artıb. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Burada ardıcıl olaraq məktəblilərin və tələbələrin iştirakı ilə təlimlər, praktik işlər aparılır.

 Daha sonra akademik və sosial aktivlik göstəricilərinə görə xüsusilə fərqlənən məzunlar təltif edilib.

 Çıxış edən tələbələr keyfiyyətli təhsil üçün yaradılmış şəraitə görə universitet rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildiriblər.
Sonra məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib. Mərasim ziyafətlə davam edib.