Tribuna İnformasiya Agentliyi

Qənirə Paşayeva tanınmış qadın təşkilat rəhbərləri ilə görüşüb

16 Yanvar

Millət vəkili Qənirə Paşayeva Fransa, İtaliya, Almaniya və İsveçin tanınmış qadın təşkilat rəhbərləri ilə görüşüb. TİA.AZ-ın məlumatına görə, görüşdə Q.Paşayeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

 

Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyəti, mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi böyük önəm barədə geniş məlumatlar verən millət vəkili ölkəmizin ən ağrılı məsələsi olan Qarabağ problemi və Xocalı Soyqırımı barədə də geniş məlumat verib.

 

Fransa, İtaliya, Almaniya və İsveçin tanınmış təşkilat rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

 

Millət vəkili Q. Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.