Tribuna İnformasiya Agentliyi

Qənirə Paşayeva Efeler bələdiyyə başqanı, Türk Ocaqları, QHT və KİV rəhbərləri ilə görüşüb

12 May

Azərbaycan parkı və Xocalı abidəsinin açılışında  iştirak etmək üçün Efelerdə  səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Efeler  bələdiyyə başqanı  M.Mesut Özakcan ilə görüşüb. Azərbaycanı çox sevdiyini deyən Efeler  bələdiyyə başqanı M.Mesut Özakcan ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Efelernin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Efeler bələdiyyə başqanı M.Mesut Özakcan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Efeler  bələdiyyə başqanı M.Mesut Özakcan Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Qənirə Paşayeva Efeler Türk Ocaqları, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə görüşüb. Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili konkret təkliflərlə çıxış edib və onları Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Efelerdə Şəhid ailələri və Qazilərlə də görüşüb. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkili Q.Paşayeva həmçinin Efelerdə yaşayan azərbaycanlılar və bu bölgədə təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb və ölkəmizin daha geniş tanıdılmasında hər bir azərbaycanlının üzərinə düşən vəzifələrdən danışıb.

TİA.AZ

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????