Tribuna İnformasiya Agentliyi

“Qəbələ” maddi çətinlik üzündən çempionatdan imtina etdi

04 Avqust

“Qəbələ” klubu əvəzedici komandasının I divizionda iştirak etməsinə razı deyil.

Oxu.Az xəbər verir ki, klub rəhbərliyi bunu əlavə maliyyə itkisi kimi qiymətləndirib. Bölgədə ayrıca komanda saxlamağın çətinliyini vurğulayan klub, əvəzedicilərinin həmin liqada iştirakından imtina edib.

Bununla bağlı AFFA və PFL-ə də məlumat verilib. Hazırda bu iki qurumla “Qəbələ” arasında danışıqlar gedir.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iyulun 24-də keçirilmiş iclasında çıxarılan qərara əsasən 2018/19 mövsümündən I divizionla əvəzedicilərin çempionatları birləşdirilib.