Tribuna İnformasiya Agentliyi

Pxençxan-2018: Almaniya mövqeyini qorudu, İtaliya irəlilədi – MEDAL SİYAHISI

14 Fevral

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında beşinci gün arxada qalıb.

TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, yarışın hesabat günündə 8 dəst medal öz sahibini tapıb.

Liderlər bu dəfə də mükafat kolleksiyasını zənginləşdiriblər. İlk 3 pillədə qərarlaşan Almaniya, Hollandiya və ABŞ hərəyə daha bir dəfə çempionluq sevinci yaşayıblar. Ümumilikdə himni səslənən ölkələrin sayı isə 10-a çatıb. İtaliya atletləri qızıl qazanmaqla, 17-ci yerdən 9-a yüksəliblər.

Medal qazanan ölkələrin sayında da dəyişiklik olub. İsveçrə fəxri kürsüyə yüksələn 19-cu komanda kimi yadda qalıb.

N Ölkə Q G B Cəmi
1 Almaniya 5 2 2 9
2 Hollandiya 4 4 2 10
3 ABŞ 4 1 2 7
4 Norveç 3 5 3 11
5 Kanada 3 4 3 10
6 Fransa 2 1 2 5
7 İsveç 2 1 0 3
8 Avstriya 2 0 0 2
9 İtaliya 1 1 1 3

10 Cənubi Koreya 1 0 1 2
11 Yaponiya 0 2 2 4
12 ROA (Rusiya) 0 1 4 5
13 Avstraliya 0 1 1 2
14 Çexiya 0 1 1 2
15 Çin 0 1 0 1
16 Slovakiya 0 1 0 1
17 İsveçrə 0 1 0 1
18 Finlandiya 0 0 2 2
19 Qazaxıstan 0 0 1 1

Milli.Az