Tribuna İnformasiya Agentliyi

Putinlə Ruhani görüşdü

28 Mart

Moskvada səfərdə olan İran prezidenti Həsən Ruhani ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. 

Moskvada səfərdə olan İran prezidenti Həsən Ruhani ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

TİA.AZ Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin İranı xeyirxah qonşu və Rusiyanın etibarlı partnyoru adlandırıb.

Putin Rusiya və İranı yüzilliklərin bir-birinə bağladığını, diplomatik münasibətlərin yaşının 500-dən çox olduğunu deyib.

Həsən Ruhani öz növbəsində, Rusiya və İranın Yaxın Şərq regionunda əməkdaşlığının sülh və sabitliyə xidmət etdiyini, üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib. O ümid etdiyini vurğulayıb ki, Rusiyaya səfərinin gedişatında Rusiya-İran münasibətlərinin möhkəmləndirilməsi üzrə yeni addımlar atılacaq.