“Putinlə danışmaq vaxt itkisidir”backend

“Putinlə danışmaq vaxt itkisidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Mario Draqi Qərbin Rusiya prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa inandırmaq üçün göstərdiyi diplomatik səylərin indiyədək heç bir nəticə vermədiyindən şikayətlənib.
TİA.AZ  xəbər verir ki, bu barədə o, “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə danışıb:
“Mən insanların “onunla danışmaq faydasızdır, sadəcə vaxt itkisidir”deyərkən haqlı olduqlarını düşünməyə başlayıram” .
Draqi hazırda Aİ-yə sədrlik edən Fransa prezidenti Emmanuel Makronun hər zaman dialoqun mümkün olan hər yolunu sınamaqda haqlı olduğunu söyləyib:
“Amma məndə belə bir təəssürat yaranıb ki, deyilən sözlər və telefon zəngləri müharibənin dəhşətinə, qırğınlara, uşaqlara və qadınlara etdiklərinə heç bir təsir göstərmir.
Bizi qarşıda davam edəcək müqavimət müharibəsi, uzun sürən dağıdıcı zorakılıq gözləyir. Ukrayna xalqının Rusiya işğalını qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.