backend

Putinlə bağlı sensasion iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Dövlət Universitetinin tarix professoru Valeri Solovey Rusiya prezidenti Vladimir Putinin bir neçə ay ərzində vəzifəsindən gedəcəyini bəyan edib.  Moskva Dövlət Universitetinin tarix professoru Valeri Solovey Rusiya prezidenti Vladimir Putinin bir neçə ay ərzində vəzifəsindən gedəcəyini bəyan edib. 

tTİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, professorun Rusiyanın “Qazprom” şirkətinə məxsus olan “Exo Moskvı” radiosuna müsahibəsi “Putin bir neçə ay ərzində xələfi ilə yer dəyişə bilər” başlığı ilə dərc olunub və bir neçə saat içində 50 mindən çox dəfə oxunub.

Solovey müsahibədə deyib ki, Putin xələfinin Qərblə daha yaxşı əlaqə yaratmasını təmin etmək üçün vəzifədən getməyi düşünür. O, 64 yaşlı Putinin mümkün varisləri olaraq Baş nazir Dmitri Medvedev və keçmiş müdafiə nazirinin müavini Aleksey Dyumini nüməni göstərib: “2017-ci ildə Putinin 6 illik vəzifə müddəti bitəcək. 2018-ci ilin əvvəlində isə erkən seçki planlaşdırılır. Erkən seçki planları isə qismən geostrateji məqsədlər üçün keçirilir”.

Lakin bir neçə saatdan sonra müsahibə radionun səhifəsindən silinib. Rəsmi Moskva isə irəli sürülülən iddialara münasibət bildirməyib.

“Daily Mail” qəzetinin xəbərinə görə, müsahibə saytdan götürülsə də, Soloveyin iddiaları həqiqəti əks etdirir.