Tribuna İnformasiya Agentliyi

Putinlə Paşinyanın görüş tarixi bilindi

11 May

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüş tarixi məlum olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar mayın 14-də Soçidə görüşəcəklər. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib: “Bazar ertəsi Ali Avrasiya İqtisadi Şurasının sammiti keçiriləcək.

Orada Putinin Paşinyanla, Belarusiya prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ikitərəfli görüşləri olacaq”.