Putinin varisi onlardan biri olacaq:İçki aludəçisi ata, yoxsa nazir oğul?backend

Putinin varisi onlardan biri olacaq:İçki aludəçisi ata, yoxsa nazir oğul?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin kreslosunu Ukraynadakı müharibənin “direktoru”na çevrilmiş şəxs – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tuta bilər.

TİA.AZ xəbər verir ki, bu barədə “The Washington Post”un məqaləsində deyilir.Nəşr öz mənbələrinə istinadən yazır ki, Ukraynaya işğalın məqsədlərini məhz Patruşev müəyyənləşdirib . Hər şey plan üzrə getməyəndə və Putin gözdən itəndə Patruşev kamera qarşısında mütəmadi olaraq “döyüş nailiyyətləri”ndən danışan şəxs olub.

Rusiya elitası Patruşevi “nüfuzlu şəxs” hesab edir. Bununla belə, Kremlin mətbuat katibi  Dmitri Peskov qeyd edib ki, Təhlükəsizlik Şurasının katibi uzun müddətdir ki, belə olmayıb.

“Patruşev adi içki aludəçisi, sərt düşünən, əsl təhlükəsizlik işçisidir. Sovet DTK-sının ən yaxşı nümayəndələrindəndir, onun aləmində SSRİ dağılmayıb, lakin ABŞ-Rusiya qarşıdurmasında yaşamağa davam edir”, – deyə nəşrin həmsöhbətləri bldiriblər.

Onların fikrincə, Putin Moskvaya köçən zaman Patruşev vəzifə və rütbə baxımından daha yüksək idi və onun sürətli karyerasına paxıllıq edirdi:

“Lakin gələcəkdə o, Putinin düşüncələri və hərəkətləri üzərində nəzarət xətti çəkmək üçün hər şeyi etdi”.

Rusiyalı ekspertlər Patruşevin etibarlı adam olduğunu  təsdiq edirlər. Lakin bəziləri Putinin varisinin “kiçik siyasətçi” olacağına inanırlar. Onların arasında Təhlükəsizlik Şurasının katibinin oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşev də var.

CEBHE.İNFO