PUTİNİN TELEFON DİPLOMATİYASI: ƏLİYEVLƏ GÖRÜŞDƏN SONRA PAŞİNYANA NİYƏ ZƏNG ETDİ?backend

PUTİNİN TELEFON DİPLOMATİYASI: ƏLİYEVLƏ GÖRÜŞDƏN SONRA PAŞİNYANA NİYƏ ZƏNG ETDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Telefon diplomatiyası davam edir. Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyala telefonla danışıb. Kreml sahibi daha əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Xəzər sahili ölkələrin liderlərinin sammiti çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi aparmışdı. Putin “balans pozulmasın” deyən bu dəfə Paşinyana zəng edib”.

TİA.Az xəbər verir ki, analitik Elxan Şahinoğlu belə hesab edir. Onun sözlərinə görə, Putin Paşinyanla Azərbaycanla danışıqların hazırki mərhələsini və Ermənistan-Türkiyə dialoq barədə fikir mübadiləsi aparıb: “Putinin başı Ukraynaya qarşı işğalçı müharibəyə qarışsa da, Cənubi Qafqazı da “unutmur”.

Azərbaycanla Ermənistan arasında 2020-ci 10 noyabr və 2021-c il 11 yanvar bəyanatlarının müəllifi Putindir. Kreml sahibi daima Bakı və İrəvanla təmas halında olmaqla vasitəçi statusunu başqaları ilə bölüşməyəcəyinə işarə etməyə çalışır. Vasitəçilikdə Avropa İtifaqının rəhbəri Şarl Mişel ön plana çıxmağa çalışır ki, bu Vladimir Putini narahat etməyə bilməz. Putinin Bakıya və İrəvana zəngləri heç nəyi həll etmir, əks halda Azərbaycanla Ermənistan arasında məsələlərin həlli sürətlənərdi. Telefon zəngləri sadəcə “vasitəçi bizik” mahiyyəti daşıyır”.

TİA.Az