PUTİNİN SURİYA SSENARİSİ – UKRAYNADA MUZDLULAR 600 DOLLARDAN DÖYÜŞÜR…backend

PUTİNİN SURİYA SSENARİSİ – UKRAYNADA MUZDLULAR 600 DOLLARDAN DÖYÜŞÜR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin Suriyadakı muzdluları Ukraynada müharibəyə cəlb etmək tapşırığından sonra bu istiqamətdə işlərə start verilib. TİA.Az xəbər verir ki, Şam, Hələb, Hama, Rakka, Dera, Deyr əz-zor bölgələrində muzdluların toplanması məqsədilə 14 mərkəz açılıb. Rusiya kəşfiyyatının nəzarətində olan mərkəzlərə əsasən Əsədin “Şebbiha” (Kabus) adlandırılan qruplaşması və rusların idarə etdiyi 5-ci korpusdan döyüşçülər toplanır. Onlarla ən azı 6 aylıq bağlanan müqaviləyə əsasən hər biri ayda 300-600 dollar arası maaş alacaq. Muzdlular Xmeymim hava bazasında qısa təlimdən sonra Ukraynaya göndəriləcək.

Bununla bağlı siyasi ekspert Asif Nərimanlı bildirib ki, Moskva rus əsgərlərinin tabutlarda evlərinə qayıtmasını azaltmaq, canlı qüvvə çatışmazlığını doldurmaq və “Suriya ssenarini” Avropanın içinə daşımaq niyyətindədir. Onun sözlərinə görə, Qərb ölkələri də könüllülərin və muzdlu döyüşçülərin Ukrayna tərəfdən döyüşməsinə şərait yaradır: “Və bütün bunlar Ukraynanın Suriyaya çevrilməsi riskini aktuallaşdırır. Çünki muzdluların döyüşü uzunmüddətli və daha dəhşətli olur”.

TİA.Az