Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir”backend

Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmanı müzakirə ediblər.
TİA.AZ  “Report”a istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb”, – o deyib.
D.Peskovun sözlərinə görə, Rusiya prezidenti münaqişənin alovlanması ilə bağlı narahatlığını bildirib və atəşkəs rejiminin tətbiqinin vacibliyini vurğulayıb.