Putinin sözçüsü koronavirusa necə yoluxduğunu açıqladıbackend

Putinin sözçüsü koronavirusa necə yoluxduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov COVID-19 ilə yoluxmasının mümkün səbəblərindən danışıb.
TİA.AZ xəbər verir ki, bu haqda o, “Kommersant” qəzetinə açıqlama verib.

 

“Yoluxmamaq üçün əlimdən gələni etdim, … təmaslarımı məhdudlaşdırdım, … antivirus beyci taxdım, onu maşınımda gəzdirdim, indi də maşındadır. Amma jurnalistlər onun zərərləri haqqında yazmağa başlayanda … onu çıxardım”, – Peskov qeyd edib.
Hazırda Dmitri Peskov COVID-19-a yoluxduğu təsdiqlənən həyat yoldaşı Tatyana Navka ilə birlikdə paytaxtın yoluxucu xəstəxanalarından birinə yerləşdirilib. Prezidentin mətbuat katibində ikitərəfli sətəlcəm müəyyən edilib.