Putinin reytinqi son 10 ildə ən aşağı həddə düşüb – Ruslar parlamentə də inanmırlarbackend

Putinin reytinqi son 10 ildə ən aşağı həddə düşüb – Ruslar parlamentə də inanmırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalıların Prezident Vladimir Putinə inam səviyyəsi 53%-ə düşüb. Bu, 2012-ci ildən bəri minimum həddir. Bunu “Levada” mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb.

2012-ci ilin oktyabrında rəyi soruşulanların 51 faizi Prezidentə inandığını demişdi. Bu göstəricidə 2017-ci ildən bəri azalma müşahidə olunur. O zaman respondentlərin 75 faizi Putinə inandığını deyirdi. Prezidentə ən böyük inam isə ondan iki il öncə qeydə alınmışdı – 80%.

“Levada” təkcə Prezidentə deyil, digər siyasi qurumlara da inamın azaldığını qeydə alıb. 2017-ci ildə Dövlət Dumasına 33% inandığını deyirdisə, indi 25 faizə düşüb. Dörd il qabaq hökumətə 35% respondent inandığını açıqlamışdı, indi bu göstərici 33%-dir. Siyasi partiyalara inam 19%-dən 17%-ə düşüb.

Bu arada “Levada” son beş ildə kütləvi informasiya vasitələrinə inamın artdığını qeydə alıb. Bu göstərici 2016-cı ildə 27%-dən 2021-ci ildə 36%-ə yüksəlib.

Rusiyalılar həmçinin ən çox orduya (63%), xüsusi xidmətlərə (45%), kilsəyə və dini təşkilatlara (40%) və xeyriyyə təşkilatlarına (36%) inanırlar. 2017-ci ildə orduya inam 69%, FSB və digər xüsusi xidmətlərə isə 57% idi. Rusiyalılar ən az siyasi partiyalara və Dövlət Dumasına, iri biznesə (18%), həmkarlara (20%) və Federasiya Şurasına (25%) inanırlar.

(azadliq.org)