Putinin mühafizəçisi başından vuruldu – Rusiyada ŞOK / FOTOLARbackend

Putinin mühafizəçisi başından vuruldu – Rusiyada ŞOK / FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin evində yaralı vəziyyətdə tapılıb.Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, o, başından güllə yarası alıb. Məlumata görə, hadisə onun Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində olub. Onun yanında tapança da tapılıb. Xəstəxanaya yerləşdirilən polkovnikin vəziyyəti ağırdır. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 53 yaşlı Vadim Zimin Boris Yeltsinin dövründən etibarən Kremldə mühafizəçi işləyib. Polkovnik gömrük xidmətində işlədikdən sonra isə rüşvət almaqda ittiham edilərək ev dustaqlığına məhkum edilib. Onun barəsində rüşvət iddiaları ilə bağlı istintaq davam edir.