Putinin mətbuat konfransı: Hərbi bazalar, Türkiyənin taleyi, qışqırmaq izni…backend

Putinin mətbuat konfransı: Hərbi bazalar, Türkiyənin taleyi, qışqırmaq izni…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vladimir Putin 2021-ci ildə illik böyük mətbuat konfransı keçirir.
Qaynarinfo xəbər verir ki, prezident dekabrın 23-də Moskva Manejində jurnalistlərlə görüşüb.
Dövlət başçısı koronavirus, QR kodlar, artan qiymətlər, Ukrayna ilə vəziyyətin kəskinləşməsi və sairlə bağlı suallara cavab verir.
Putin Rusiya ətrafında yaranan hərbi bazalar haqda
Yekun mətbuat konfransında Vladimir Putin bildirib ki, Rusiyanı mühasirəyə almaq çətin işdir. Eyni zamanda, o, hərbi bazaların “hər yerdə” – qərbdə, şərqdə, cənubda və şimalda göründüyünü söyləyib.
Putin jurnalistlərə qışqırmağa icazə verib.
Vladimir Putin illik mətbuat konfransı zamanı jurnalistlərə qışqırmağa icazə verib. Belə ki, o, mətbuat katibi Dmitri Peskovun zalda asayişi bərpa etmək cəhdinə reaksiya verib.
Media nümayəndələri öz növbələrini gözləyən zaman oturacaqlarından prezidentə suallar verməyə başlayıblar.
“Qışqırmayaq. Bir saniyə gözləyin”, – deyə Peskov növbəti sual üçün jurnalist seçərkən deyib.
“Qışqıracağıq-qışqıracağıq, qışqırın!” – dövlət başçısı icazə verib.
Putin Rusiyanın Türkiyənin taleyini təkrarlama ehtimalından dadışıb.
Rusiya prezidenti ölkənin maliyyə siyasətini şərh edib. O qeyd edib ki, Rusiya əsas məzənnəni qaldırmadan milli valyutası çökən Türkiyənin taleyini təkrarlaya bilər.
“Faiz artımı ilə bağlı narazılığı bilirəm, amma bunu etməsək, Türkiyədə baş verənləri yaşaya bilərik. Və bu, ciddi çağırışdır”, – deyə Putin illik mətbuat konfransında bildirib.
O, mövcud maliyyə siyasətinin “qızıl orta” olduğunu vurğulayıb.