Putinin fərmanının məxfi bəndi 1 milyon rusiyalını səfərbər etməyə imkan verirbackend

Putinin fərmanının məxfi bəndi 1 milyon rusiyalını səfərbər etməyə imkan verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası prezidentinin qismən səfərbərlik haqqında fərmanının məxfi qrifli yeddinci bəndi ölkənin Müdafiə Nazirliyinə 1 milyon insanı müharibəyə çağırmağa imkan verir.

TİA.AZ xəbər verir ki, bu barədə müxalifyönlü “Novaya qazeta”da məlumat yayılıb.

Qəzet bununla bağlı informasiyanı prezident administrasiyasındakı qaynaqlardan aldığını bildirib. Nəşrin həmsöhbəti olaraq fərmanın bütün mətninin “xidməti istifadə üçün” başlığı altında daxil edilməsi məsələsi müzakirə olunub. Daha sonra başlıq altında həqiqətən səfərbər edilməli olanların sayından bəhs edən yeddinci bəndi gizlətmək qərara alınıb.

“Rəqəm bir neçə dəfə düzəldilib və sonda milyonda razılaşıblar”, – deyə mənbə bildirib.

“Novaya qazeta” bu məlumatı təsdiqləmək üçün, bir qayda olaraq, prezident fərmanlarının, o cümlədən “xidməti təyinatlı” kimi təsnif edilənlərin tam mətnini alan icra hakimiyyəti orqanları ilə də əlaqə saxlamağa çalışıb.

Bir neçə nazirlikdəki qaynaqlardan verilən məlumata görə, onlara fərmanın tam mətni verilməyib və hətta onların idarələrarası sənəd dövriyyəsi sistemi vasitəsilə onu görmək imkanları yoxdur.