Putinin ən yaxın adamı istefa verdi – Görün kimdir?backend

Putinin ən yaxın adamı istefa verdi – Görün kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edən Valentin Yumaşev Kremlin müşaviri vəzifəsindən istefa verib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Kremldə siyasi böhranlar davam edir.

 

Rusiya prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın martın 23-də istefa verməsindən sonra Kremlin müşaviri Valentin Yumaşev vəzifəsindən istefa verib.
Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltesin Fondunun baş direktorunun müavini Lyudmila Telen Rusiya mətbuatına açıqlamasında Yumaşevin istefasını təsdiqləyib:
“Bu, onun xahişi idi. Ona görə də onun istefa verdiyini bilirəm”.
Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra qurulan Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev həm də Yeltsinin kürəkəni olub. Yeltsindən sonra Putinin prezidentliyə keçməsində mühüm rol oynayan Yumaşev 1998-ci ildən sonra da fasiləsiz olaraq prezidentin müşaviri vəzifəsini icra edib.