“PUTİNİN BUNDAN SONRA EDƏ BİLƏCƏYİ NÜVƏ SİLAHINA ƏL ATMAQDIR” – PROFESSORDAN ŞƏRHbackend

“PUTİNİN BUNDAN SONRA EDƏ BİLƏCƏYİ NÜVƏ SİLAHINA ƏL ATMAQDIR” – PROFESSORDAN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb Putinin hədələrindən çəkinməməlidir”. Bunu TİA.Az-a professor Qabil Hüseynli Rusiya lideri Vladimir Putinin Ukraynanı növbəti dəfə təhdid etməsi ilə bağlı şərh edərkən deyib. Onun sözlərinə görə, Qərb Ukraynaya dəstəyini artırmalıdır:
“Sanki dünya cəngəllik qanunları ilə idarə olunur. Kim nə istəyirsə, onu da edə bilər. Putin qarşısındakılara hərbə-zorba gəlir. Onsuz da o, Ukraynada daşı daş üstündə qoymayıb. Bundan sonra edə biləcəyi şey nüvə silahına əl atmaqdır. Onu da hazırda edə bilməz. Buna görə də Putinin Ukrayna ilə bağlı hədələri əsassızdır. Qərb də onun bu hədələrindən çəkinməməlidir. Ukraynaya daha təkmil, mükəmməl silahlar verməlidir”.


Professor qeyd edib ki, bu silahlar yaylım atəşli silahlar olmalıdır: “Elə etmək lazımdır ki, bu silahlar Ukrayna ordusunun gücünü birə-beş artırsın. Yəqin ki, belə də olacaq. Onsuz da Ukrayna ordusunun yenidən silahlanması prosesi gedir və bu prosesdə Ukraynanın üstünlük qazanacağına heç bir şübhə yoxdur”.
Qeyd edək ki, Kreml rəhbəri Vladimir Putin rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Kiyev uzaqmənzilli raketlər alarsa, Rusiya nəticə çıxaracaq və bu günə qədər Ukraynada vurulmayan hədəflər məhv ediləcək.

Aytac

TİA.Az