“Putinin aşbazı” Navalnıya 1 milyon rubl göndərdi – “Borclu, borclunun sağlığını istəyir”backend

“Putinin aşbazı” Navalnıya 1 milyon rubl göndərdi – “Borclu, borclunun sağlığını istəyir”

Almaniyanın “Charité” klinikası sentyabrın 16-da rusiyalı oliqarx Yevgeni Priqozin müxalifətçi Aleksey Navalnının müalicəsi üçün göndərdiyi 1 milyon rublu biznesmeninin özünə qaytarıb.

Bu məlumatı Priqozinə məxsus “Konkord” şirkətinin mətbuat xidməti Almaniyanın “T-online.de” saytına bildirib. Mətbuat xidmətinin cavabında deyilir: “Çox güman ki, pulu bu səbəblərdən birinə görə qaytarıblar: Birincisi Yevgeni Priqozin sanksiya siyahısında olan şəxsdir, ikincisi pulu qəbul etdiyi halda klinika onun necə xərcləndiyinə dair hesabat verməli idi”.

Current Time” saytı yazır ki, klinika müxalifətçinin müalicə təfərrüatlarını Yevgeni Priqojinə açmaq istəmir.

Priqozin bundan əvvəl avqustun 31-də Rusiya məhkəməsinin Navalnıdan onun nəfinə aldığı 107 min rublu klinikaya göndərmişdi.

“Konkord” şirkətinin mətbuat xidməti bildirib ki, klinika bundan əvvəl aldığı pulun hesabatını verib, 1 milyon rubl isə onun müalicə olunub sağalması üçün yetərli olmalıydı. “Priqozin” o vaxt demişdi ki, “qoy sağalanadək müalicə etsinlər, necə də olsa, mənə pul borcludur”.

Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi. Təyyarə təcili qaydada Omsk şəhərində endirilmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.

“Charité” klinikası sentyabrın 15-də bildirib ki, Navalnı artıq özünü yaxşı hiss etməyə başlayıb və hətta çarpayısından qısa müddətdə qalxa bilir.

Yevgeni Priqozin prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarxlardandır. O Kremlin iaşə xidmətinə cavadeh olduğuna görə vaxtilə “Putinin aşpazı” ləqəbini qazanıb.

Bəzi məlumatlara görə Moskvada uşaq bağçaları və məktəbləri yeməklə məhz onun “Konkord” şirkəti təchiz edir. Priqozin 2019-cu ilin 30 oktyabrınadək “Konkord” Yeyinti Kombinatının rəsmən tam sahibi olub.

2019-cu ilin əvvəllərində Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) açıqladığı təhqiqatda iddia olunurdu ki, “Konkord”a daxil “Moskovski şkolnik” firmasının keyfiyyətsiz yeməkləri 2018-ci ilin dekabrında uşaq bağçaları və məktəblərdə kütləvi dizenteriya yoluxmalarına səbəb olub.

Şirkət bütün ittihamları rədd etmiş, habelə reputasiyasına dəyən ziyan üçün məhkəmə qaydasında Navalnı və onun fondundan təzminat olaraq 500 milyon rubl tələb etmişdi. Moskva məhkəməsi 2019-cu ilin oktyabrında Priqozinin xeyrinə qərar vermiş və cavadehləri ona 88 milyon rubl ödəməyə təhkim etmişdi.

İyulun 20-də Aleksey Navalnı bu ağır təzminatı ödəyə bilməyəcəyinə görə KMF-ni bağlamağa məcbur olduğunu bəyan etmişdi. Bundan sonra Priqozin KMF-yə 1 milyon rubl ianə vermişdi. Fond bu pulu onun özünə qaytarmışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki