“Putinin A, B və C planları iflasa uğrayıb və o, D planına baxa bilər” – Müdafiə naziribackend

“Putinin A, B və C planları iflasa uğrayıb və o, D planına baxa bilər” – Müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada uğursuzluğa düçar olub və prezident Vladimir Putin strategiyanı dəyişməyə cəhd edə bilər.

TİA.AZ xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News Breakfast” proqramında deyib.
Britaniyanın müdafiə naziri ölkəsinin Rusiya ilə kommunikasiya xətlərini açıq saxladığını və müharibədən əvvəl Rusiyaya olan səfərini xatırladıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlamamaq barədə ona verilən bütün tövsiyə və məsləhətləri dinləməyərək məntiqə zidd hərəkət edib.

“Ruslar hazırda bir çox sahələrdə uğursuzluğa düçar olurlar… Putinin A, B və C planları iflasa uğrayıb və o, D planına baxa bilər”, – nazir Uolles vurğulayıb.