Putinin 12 min dollarlıq gödəkcəsini istehsal edən şirkət Rusiyadan çıxdıbackend

Putinin 12 min dollarlıq gödəkcəsini istehsal edən şirkət Rusiyadan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa mənşəli “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupu Rusiya Federasiyasını tərk edir.

TİA.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “sky.it” kanalı məlumat yayıb.

Qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Lujniki stadionunda 200 minlik tərəfdarının önünə məhz həmin qrupa məxsus brend sayılan “Loro Piana” gödəkcəsi ilə çıxmışdı.

“Bu ilin mart ayının 18-də Vladimir Putin bizim köhnə kolleksiyalarımıza aid gödəkcə ilə Moskva stadionundakı səhnəyə çıxıb. Lakin biz artıq Rusiyaya bütün tədarüklərimizi bitirmişik və Ukrayna xalqına kömək edirik”,-deyə şirkətin rəsmi məlumatında bildirilir.

“LVMH” həmin gödəkcənin qiymətinin 1,5 milyon rubl, yəni 12 min dollar dəyərində olduğunu təsdiqləyib.