Putini qovmağa gedən şamanı dəlixanaya saldılar – Avropa Məhkəməsi işi nəzarətə götürdübackend

Putini qovmağa gedən şamanı dəlixanaya saldılar – Avropa Məhkəməsi işi nəzarətə götürdü

Yakutiyada məhkəmə ötən il prezident Vladimir Putini Kremldən qovmaq üçün Moskvaya gedəcəyini deyən şaman Aleksandr Gabyşevin məcburi qaydada psixiatrik xəstəxanaya yerləşdirilməsinə dair hökm verib. 

Rusiya insan haqları fəallarından Aleksey Pryanişnikov “Azadlıq” radiosuna deyib ki, məhkəmənin qərarına görəşaman respublika psixonevroloji dispanserində müalicə olunmalıdır.

Bu da xəbər verilir ki, şamanın məcburi qaydada müalicəsi üçün təşəbbüsü də dispanser qaldırıb. Məhkəmə qərarında məcburi müalicənin hansı müddətə təyin olunduğu deyilmir.

Gabyşevin sağlamlığına dair arayışda deyilir ki, o “öz şəxsiyyətini ifrat qiymətləndirmədən əziyyət çəkir” və həm də“qanuni seçkili hakimiyyətin devrilməsinə”çağırıb.

Gabyşev artıq mayın 12-dən 29-dək ruhi xəstəxanada müalicə alıb. O vaxt şamanı ora polis əməkdaşları gətirmişdilər. Vəkilləri bildirirdilər ki, Gabyşevə naməlum preparatlar verilir.

Mayın sonlarında psixonevroloji dispanserin tibbi komissiyasının verdiyi arayışda deyilirdi ki, Aleksandr Gabyşev özü və ətrafındakılar üçün təhlükə təşkil edir. Bundan əvvəl şaman baş həkimin adına yazdığıərazidə müalicəni davam etdirmək istəmədiyini bildirmişdi.

Aleksandr Gabyşev 2019-cu ilin martında Moskvaya Kremldə“Putinin qovulması ayinini” icra etməyə getdiyini bildirmişdi.

2019-cu ilin oktyabr ayında Yakutskdakı psixiatrlar Gabyşevin ruhi cəhətdən qeyri-sabit olduğunu demişdilər. Lakin Gabyşevin vəkilləri tərəfindən tutulmuş ekspertlər şamanın ruhi cəhətdən sağlam olduğunu və ruhi xəstəxanada müalicəyə ehtiyacı olmadığını bildirmişdilər.

Ötən dekabrda Gabyşev və iki tərəfdarışaxtalı havada Moskvaya yürüşü bərpa etdiklərini bildirmişdilər. Lakin onlar polis tərəfindən saxlanmış və evlərinə qaytarılmışdılar.

“Amnesty International” Gabyşevi vicdan məhbusu elan edib və onun dərhal azad olunmasına çağırıb. Avropa İnsan Haqları Məhkəməsi Gabyşevin və onun iki tərəfdaşının şikayətlərini qeydiyyata götürüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki