“Putinə elə gəlirdi ki, bir-iki günə istədiyinə nail olacaq” – ABŞ dövlət katibibackend

“Putinə elə gəlirdi ki, bir-iki günə istədiyinə nail olacaq” – ABŞ dövlət katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiyanın Ukrayna ilə müharibəsi Putinin planına uyğun getmədi”.
TİA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken söyləyib. O, Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Putin ukraynalıların belə mübarizə aparacaqlarını gözləməyib.
Blinken deyib ki, müharibə Putinin planlarına uyğun getməyib. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.
Həmçinin o bildirib ki, rus ordusu artıq ruhdan düşüb. Ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.
ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini bildirib.