Putinə çağırış: Təcili atəşkəs elan edin, yoxsa…backend

Putinə çağırış: Təcili atəşkəs elan edin, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Putinə çağırış edib.
Tia.az Qərb mediasına istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolzun sözçüsü Steffen Hebestreit ABŞ, Fransa, İngiltərə, İtaliya və Almaniya liderlərinin görüşündən sonra verdiyi açıqlamada liderlərin Rusiya prezidenti Putini atəşkəsi qəbul etməyə çağırdıqlarını bildirib.
Telekonfrans vasitəsilə görüş keçirən ABŞ, Almaniya, Fransa, İngiltərə və İtaliyanın dövlət və hökumət başçıları Ukraynaya daha fəal dəstək vəd edib, Rusiyanın hücumunu sərt şəkildə pisləyiblər.
Almaniya kansleri Olaf Şolzun sözçüsü Steffen Hebestreit “Liderlər Rusiya prezidenti Putini atəşkəsə razılaşmağa, bütün hərbi əməliyyatları dayandırmağa, rus qoşunlarını Ukraynadan çıxarmağa və böhranın diplomatik yolla həllini tapmağa çağırıb”, – deyə  açıqlamasında bildirib.
Beş lider həmçinin Putini humanitar yardımın Ukraynaya çatmasına icazə verməyə və insanların, xüsusən də həftələrdir mühasirədə olan Mariupol şəhərindən çıxa və ya ləvazimat ala bildiyi effektiv humanitar dəhlizlər yaratmağa çağırıb. Açıqlamada Rusiyaya qarşı yüksək sanksiyaların təzyiqinin davam edəcəyi bildirilib.