Putindən tarixi səhv – Şagird onun fikirlərinə düzəliş etdi-VİDEObackend

Putindən tarixi səhv – Şagird onun fikirlərinə düzəliş etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putin Vladivostok vilayətində yerləşən “Okean” Uşaq Mərkəzində açıq tarix dərsi zamanı səhvə yol verib.
TİA.AZ Rusiya KİV-inə istinadən xəbər verir ki, Putin rəhbərlik etdiyi ölkənin tarixindən danışarkən Yeddiillik müharibə ilə Şimal müharibəsini qarışdırıb.
“I Pyotr Yeddiillik müharibədə nə etdi? Niyə isveçlilərlə döyüşdü? Ümumiyyətlə, Poltava döyüşü, təsəvvür edə bilirsinizmi ki, İsveç və Poltava haradadır? I Pyotr və XII Karlın ordusu arasında həlledici döyüş Poltava yaxınlığında baş vermişdi”, – deyə o bildirib.
Rusiya Prezidentinin bu fikirlərindən sonra Vorkuta şəhərinin sakini olan Nikanor Tolstıx onun səhvini düzəldib. Şagird Putinə xatrıladıb ki, haqqında danışdığı savaş 1700-cü ildən 1721-ci ilə qədər davam edən Şimal müharibəsidir.
Putin düzəlişə görə tələbəyə təşəkkür edib.