Tribuna İnformasiya Agentliyi

Putin yalanı və bacarıqsız adamları bəyənmir – VİDEO

18 Yanvar

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin ən çox yalanı və səriştəsizliyi bəyənmədiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Peskov “Rossiya 1” telekanalında yayımlanacaq “Действующие лица с Наилей Аскер-заде” proqramında səsləndirib.

Teleaparıcı verilişdən bir parçanı “Instagram” səhifəsinə yerləşdirib.

Putinin ən çox nəyi bəyənmədiyi sualına Peskov “yalan və səriştəsizlik” cavabını verib.

Peskovun qatıldığı veriliş bazar günü, axşam saatlarında efirə gedəcək.