Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirildiyini elan etdi – VİDEObackend

Putin Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirildiyini elan etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kreml Sarayının Böyük Georgievski zalında Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışına başlayıb.
TİA.AZ Rusiya KİV-ə istinadla xəbər verir ki, Vladimir Putin dörd yeni ərazinin – Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirildiyini elan edib.
Qeyd edək ki, Putinin çıxışından sonra Rusiya Federasiyasına dörd yeni subyektin qəbulu haqqında sazişlərin imzalanması mərasimi keçiriləcək. Bunlar “Donetsk Xalq Respublika”, “Luqansk Xalq Respublikası”, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələridir.