“Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi” – Videobackend

“Putin Ukraynanı üç günə ələ keçirəcəyini gözləyirdi” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Könüllü olaraq təslim olan rus hərbçilərdən biri deyib ki, Rusiya Prezidenti Vladimir Putin üç günə Ukraynanı ələ keçirəcəyini gözləyirdi.

TİA.AZ xəbər verir ki, o, bu barədə Ukrayna təhlükəsizlik xidməti tərəfindən yayımlanan videoda danışıb.

“Bizə dedilər ki, marşrut üzrə yürüş edəcəyik. Üç günlük su və yemək götürdük. Üç günə düşərgəyə qayıtmalı idik”, – rusiyalı hərbçi deyib.

Onun sözlərinə görə, hərbçilərdən telefonlar və sənədlər götürülüb, ailələri ilə əlaqələri yoxdur. Məhbus qeyd edib ki, Ukraynada müharibə gedir, dinc sakinlər ölür.