Putin üçün sarsıdıcı zərbə: Rusların təslim olmaqdan başqa çıxış yolu qalmayıb – Politoloqbackend

Putin üçün sarsıdıcı zərbə: Rusların təslim olmaqdan başqa çıxış yolu qalmayıb – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qumenyuk bildirib ki, Rusiya hərbçiləri cənub istiqamətində silahı yerə qoymaqla bağlı Ukrayna ordusu ilə danışıqlar aparırlar.
“Onlar silahlarını yerə qoymaq və beynəlxalq humanitar hüququn himayəsi altında olacaqları ilə bağlı şərtləri müzakirə etməyə çalışırlar”, – Qumenyuk bildirib.
Ukrayna ordusu Xerson və Xarkov istiqamətində son günlər ciddi irəliləyişlərə nail olub. Xerson ətrafında 2 mindən çox rus hərbçisinin müasirədə qaldığı bildirilir. Onlar daim Ukrayna ordusunun atəşinə məruz qalmaqla çıxılmaz vəziyyətdədirlər. Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri bildirir ki, Xerson istiqamətində mühasirəyə düşən rus ordusunun təslim olmaqdan başqa çıxış yolu qalmayıb:
“Dnepr çayının sağ və sol sahilində yerləşən rus qoşunları çətin vəziyyətdədir. Bu mühasirəni yarmaq üçün Rusiya dövləti onlara əlavə kömək və  texnika da göndərə bilmir. Bütün yollar Ukrayna ordusunun atəşi altındadır. Ona  görə də rus qoşunlarının uzun müddət dirəniş göstərməsi mümkün deyil. Təslim olmaqdan başqa çıxış yolları qalmayıb. Bu istiqamətdə bir neçə gündür ki, danışıqlar aparılır. Razılıq əldə olunarsa, Qırmızı Xaç cəmiyyətinin də iştirakı ilə rus hərbçiləri silahı yerə qoymaqla, beynəlxalq hüquq çərçivəsində Ukraynaya təslim olacaq. Sonradan isə təslim olan hərbçiləri əsirlikdə olan Azov döyüşçülərilə dəyişə bilərlər. Xerson istiqamətində təslimiyyət baş verərsə, bu, Rusiya dövləti və Putinin mövqeyinə sarsıdıcı zərbə olacaq”.