Tribuna İnformasiya Agentliyi

Putin taleyindən şikayətləndi

06 Dekabr

Rusiya Prezidenti Vladimir Putin karyerasını başa vurduqdan sonra görəcəyi işlərlə bağlı açıqlama verib.  

Rusiya Prezidenti Vladimir Putin karyerasını başa vurduqdan sonra görəcəyi işlərlə bağlı açıqlama verib.

TİA.AZ xəbər verir ki, Çelyabinsk şəhərinə səfəri zamanı bir zavod işçiləri ilə görüşən Kreml rəhbəri təqaüdə çıxdıqdan sonra səyahətə daha çox vaxt ayıracağını deyib:

“Karyeramı uğurla bitirmək istəyirəm. Səyahət etməyi çox sevirəm. Bu gün bütün səyahətim bundan ibarətdir: hava limanına gəlirəm, daha sonra bir avtomobilə minirəm, binaya daxil oluram, sonra təkrar hava limanına gedirəm. Sonra da “Bir yerə getmişik”, deyirik. Əlbəttə, fərqli səyahət etmək, təbiəti görmək, tarixi yerləri gəzmək istəyirəm”.

Bir neçə gün öncə Peruya səfər etdiyini xatırladan Rusiya prezidenti bu ölkəni gəzmədən vətənə qayıtdığını qeyd edib:

“Yenə hava limanı, bina, hava limanı və təkrar Moskvaya qayıtdıq. Amma orada görülməli yerlər çox idi. Peru qeyri-adi bir ölkədir, çox maraqlı yerləri varmış”.