Putin sanksiyaların acığına daha çox qaz satırbackend

Putin sanksiyaların acığına daha çox qaz satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyalara rəğmən Rusiyanın təbii qazla dolu tankerləri dünyanın hər küncünə gedib çıxır – hətta ABŞ-a da….

Avropa Birliyi və ABŞ-ın əsas qayəsi Qərb məkanını Rusiyanın enerji asılılığından qurtulmasından ibarətdir. Çünki bu Kremlin dünyada ordusundan başqa effektli şəkildə işlədə biləcəyi yeganə vasitədir. Lakin Putin hökuməti siyasi arenada olduğu kimi, enerji sahəsində də geri çəkilmək yerinə hücum taktikasına üstünlük verdiyini hər addımda hiss etdirir.

Almaniyanın “Die Welt” qəzetinin icmalçısı Eduard Ştayner bu xüsusatla bağlı məqalə yazıb.

Məqalədə Rusiyanın qaz konserni “Qazprom”un 2017-ci ildə Avropaya maksimal dərəcədə qaz ixrac etdiyi yazılıb. Buna görə Avropa Birliyinin keçən il Rusiyadan idxal etdiyi mavi yanacağın ümumi həcmi 8,1%-ə çatıb.

Qərblə ən gərgin münasibətlərdə belə Rusiyanın enerji bazarında bu cür aktivliyi təkcə keçən ilin sərt qışı ilə bağlı deyil.

Məqalə müəllifinin rəyini öyrəndiyi “Fitch” reytinq agentliynin xammal və təbii ehtiyatlar üzrə qrup rəhbəri Dmitri Marinçenkonun fikrincə, bu həm də Kreml tərəfindən nəzarət olunan konsernin “Türk axını” və “Şimal-axını-2” boru kəmərlərinin tikintisi ilə əlaqədar müştərilərinə daha çevik qiymətlər təklif etməsi ilə əlaqədardır.

Картинки по запросу gazprom nord stream 2

Moskvaya qarşı bütün sanksiyalara rəğmən məhz Qərb ölkələri “Qazprom”dan ən çox idxal edən bölgəyə çevrilib.

Özü də bütün bunlar Brüsselin yeni qaz kəmərlərinin tikintisinə əngəl törətmək və tranzitin yalnız Ukrayna və Polşa üzərindən aparılması uğrunda mübarizəsi fonunda baş verir. Xüsusilə Polşa və Baltikyanı ölkələr “Şimal axını-2” layihəsinə ən şiddətlə müqavimət göstərənlərin başında gəlir.

Buna görə də Polşa 2017-ci ilin ilk 3 rübündə Rusiya qazının idxalını azladaraq ABŞ-dan mayeləşdirilmmiş təbii qaz almağa başlayıb.

Eduard Ştayner Vaşinqtonun “Şimal axını-2” layihəsinə qarşı çıxmasına və hətta layihə iştirakçlıarını sanksiyalarla hədələməsinə rəğmən qəribə işlərin baş verdiyinə diqqət çəkir. Belə ki, Rusiyanın mayeləşdirilmiş qaz yanacağı ilə dolu tankeri ABŞ-ın Şərq sahillərinə doğru yola düşüb. Əsas səbəb olaraq baş verən qar fırtınalarının bölgədə qazın qiymlətərini sürətlə artması göstərilir. “Onsuz da Moskva çoxdandır ABŞ-a böyük həcmdə qaz tədarük etməyi arzu edirdi”, – müəllif yazır.

Картинки по запросу Novatek tanker

Özü də bu tankeri “Qazprom” deyil, Rusiyanın 2-ci ən böyük konserni “Novatek” yollayır. Çox qəribədir: bu “Novatek”in baş səhmdarı Gennadi Timçenko ABŞ-ın sanksiya siyahısında deyilmiydi?

Nəhayət, Rusiyanın ikinci tankeri Yamaladan İspaniyaya doğru yola çıxıb. Özü də bu ölkədə qurulan mayeləşdirilmiş qaz terminalları məhz Rusiyadan asılılığı zəiflətmək üçün qurulmuşdu”, – deyə müəllif istehza edir.