Tribuna İnformasiya Agentliyi

Putin “S-300″ləri Əsədə pulsuz verib

09 Oktyabr

Rusiya səkkiz buraxılış qurğusu ilə təmin olunmuş 3 divizyon “S-300” zenit-raket kompleksini Suriyaya təmənnasız verib. FaktXəbər bildirir ki, bu barədə “TASS” hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyaya raket kompelksi ilə yanaşı hər divizyon üçün 100 ədəd zenit idarə olunan raket də gətirilib.

Qeyd edək ki, Suriyaya “S-300” RƏM sisteminin yerləşdirilməsi Rusiyaya məxsus “İl-20” təyyarəsinin İsrailin təqsiri ucbatından vurulmasından sonra reallaşıb.