Tribuna İnformasiya Agentliyi

Putin Rusiya millisinin oyununa baxmadı

20 İyun

Minsk səfərindən qayıdan Rusiya prezidenti Vladimir Putin təyyarədə olduğu üçün millinin qarşılaşmasını izləyə bilməyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, prezidentə təyyarədən enən kimi qarşılaşmanın yekunu barədə məruzə edilib.

“Putin də hər kəs kimi kifayət qədər müsbət reaksiya verdi. Bu bizim hər birimiz üçün dəyərli qələbə idi. Buna görə də, əlbəttə ki, prezident də şad oldu”, – Peskov bildirib.

Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmada Rusiya millisi Misirə 3:1 hesabı ilə qalib gələrək mundialdakı ikinci görüşündən də 3 xalla ayrılıb.