Putin Permdə baş verən hadisə elə bağlı təlimat verdibackend

Putin Permdə baş verən hadisə elə bağlı təlimat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin Permdəki atışma nəticəsində yaxınlarını itirən insanlara başsağlığı verib.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir. Putin baş nazir Mixail Mişustinə qurbanlara və qurbanların yaxınlarına yardım təşkil etmək üçün nazirlər Valeri Falkov və Mixail Muraşkonu faciə yerinə göndərməyi tapşırıb”.
Qeyd edək ki, bu gün saat 11 radələrində naməlum şəxs travmatik silahla Perm Universitetinin yataqxanasına girərək atəş açıb. Nəticədə 8 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölən və yaralılarla bağlı məlumatlar dəqiqləşdirilir.