Putin Paşinyanla Qarabağdan danışdıbackend

Putin Paşinyanla Qarabağdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.
 
TİA.AZ xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr tarixli bəyanatının, həmçinin 2021-ci ilin 11 yanvar tarixində Moskva şəhərində keçirilmiş üçtərəfli sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsilə bağlı əməli məsələlər müzakirə olunub”, – Kremldən bildirilib.