Putin paralimpiyaçının istəyinə “yox” dedi – VİDEObackend

Putin paralimpiyaçının istəyinə “yox” dedi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio 2020 Yay Paralimpiya Oyunlarının ikiqat çempionu, üzgüçü Andrey Nikolayev idmançıların Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı dövlət başçısından pasportunu imzalamasını istəyib.

TİA.AZ “R-Sport”a istinadən xəbər verir ki, RF prezidenti idmançının bu istəyini yerinə yetirə bilməyəcəyini deyib:

“Pasporta? Pasporta yox, pasport sənəddir. Nə edirsən, xarab edərik?! İmzalaya bilmərəm”.

Həmin epizodun videogörüntüsünü təqdim edirik:

Nikolaev qeyd edib ki, Putin onun istəyini yerinə yetirsəydi, prezidentin iki imzası olan dünyada yeganə pasportun sahibi olacaqdı.