Putin ordunun Suriyadan çıxarılmasından danışdıbackend

Putin ordunun Suriyadan çıxarılmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya qoşunlarının Suriyadan çıxarılması davam etdirilir, son günlər bu ölkəni 13 təyyarə, 14 vertolyot və 1140 nəfərlik şəxsi heyət tərk edib.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşündə deyib.
“Döyüş sınaqlarından keçən və təcrübəsi olan adamlardır. Siz də Rusiya Federasiyasının ərazisində ən mürəkkəb qeyri-standart məsələlərin işlənməsi üçün bu əsgərlərin təcrübəsindən istifadə etməlisiz” – Putin bildirib.
Xatırladaq ki, Putinin 2017-ci il dekabrın 11-də verdiyi əmrə əsasən, Rusiya qoşunları Suriyanı tərk etməyə başlayıb. (Oxu.Az )