Tribuna İnformasiya Agentliyi

Putin Nurməhəmmədovla Makqreqorun döyüşünü dəyərləndirdi

08 Oktyabr

Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovla Konor Makqreqorun döyüşünün lent yazısına baxıb.

TİA.AZ Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Gecə saatlarında o, döyüşə baxmayıb, Putin bu görüşün təkrarını izləyib. Əlbəttə ki, o, Həbibə azarkeşlik edirdi”, – Kremlin rəsmi nümayəndəsi bildirib.