Putin “Laçın dəhlizi”ndən danışdı (VİDEO)backend

Putin “Laçın dəhlizi”ndən danışdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşündə Qarabağdan danışıb. 
Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Putin Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda müharibənin dayandırılması barədə birgə imzaladığı bəyanatın müddəalarının yerinə yetirildiyini deyib.
“Hazırda Rusiya, Ermənistan və Azərbaycanın 9 noyabr tarixli üçtərəfli bəyanatının tələbləri ardıcıl olaraq həyata keçirilir. Rusiya sülhməramlıları təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilib”, – deyə o bildirib.
Putin qeyd edib ki, münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və stabilləşdirmə prosesinə başlamaq üçün Rusiyanın fəal vasitəçilik səylərinin zərurətə çevrildiyini hər kəs yaxşı bilir.
“Eyni zamanda, biz ATƏT-in Minsk Qrupunun, xüsusən həmsədrlər Rusiya, ABŞ və Fransa arasında əldə olunan razılaşmaları nəzərə almışıq”, – deyə o əlavə edib.