Putin II Avropa Oyunlarının açılışına getmirbackend

Putin II Avropa Oyunlarının açılışına getmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minskdə iyunun 21-də start götürəcək II Avropa Oyunlarının açılışı mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Salome Zurabişvili, Moldova prezidenti İqor Dodon, Serbiya prezidenti Aleksandr Vuçiç, habelə Bosniya və Hersoqovina rəyasət heyətnin sədri Milorad Dodik iştirak edəcəklər.

Virtualaz.org xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib.

Bundan əlavə açılış mərasiminə Mərkəzi Avropa Təşəbbüsünün Baş katibi Roberto Antonione, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.

Anatoli Qlaz bildirib ki, açılış mərasimində Rusiyadan baş nazir Dmitri Medvedyev və Çeçenistan rəhbəri Ramzan Kadırov da olacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, həmin oyunların açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak etmişdi.